Mobil Bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar
Qaydalarda istifadə olunan anlayışlar:
1.1. Qaydalar - İstifadəçi tərəfindən qəbul olunan Mobil Bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar;
1.2. İstifadəçi - Bankın müştərisi olan Mobil Bankçılıqda qeydiyyatdan keçmiş və Qaydaları qəbul edən fiziki şəxs;
1.3. Bank
– “Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti;
1.4. Mobil Bankçılıq
– Şifrədən və qaydalarda müəyyən olunmuş hallarda Asan İmza-dan istifadə etməklə İnternet vasitəsilə Qaydalarda nəzərdə tutulmuş əməliyyatların aparılmasına və sənədlərin təsdiq edilməsinə imkan yaradan proqramdır. Bu proqram IOS və Android platformalarını dəstəkləyən Mobil cihazlarda istifadə oluna bilər. Proqrama çıxış istənilən mobil operatorların abonenti olan istifadəçilərə verilir.
1.5. Mobil telefon SİM-kartı
– İstifadəçi tərəfindən Banka bildirilmiş Mobil Bankçılığa və ya Mobil Bankçılığa və Asan İmzasına bağlı olan hər hansı mobil operatorunun sim kartıdır (nömrəsidir);
1.6. Asan İmza
- İstifadəçinin şəxsi imzasının analoqu olan onun mobil telefon SİM-katına bağlı rəqəmsal imzadır. Asan İmza ilə istifadəçinin şəxsiyyəti təsdiq olunur və sənədlərə rəqəmsal imza qoyulur.
1.7. Şifrə
- Mobil Bankçılıqda qeydiyyatdan keçməsi nəticəsində İstifadəçi tərəfindən yaranmış bu proqrama daxil olub, qaydalarda nəzərdə tutulmuş əməliyyatları və sənədləri təsdiq etmək üçün istifadə olunan, İstifadəçinin eyniləşdirilməsini təmin edən rəqəmlərin ardıcıl toplusudur. Əməliyyatların və sənədlərin təsdiq edilməsi zamanı şifrə İstifadəçinin imzasının analoqu kimi qəbul olunur. Şifrə ilə təsdiq olunmuş sənədlər kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir;
1.8. Qeydiyyat yazısı
– şifrənin daxil edilməsi nəticəsində açılan Mobil Bankçılıqda İstifadəçinin şəxsi səhifəsi;
1.9. Mobil cihaz
– İstifadəçiyə məxsus Mobil bankçılıq yüklənmiş mobil telefon, smartfon, planşet və sair bu kimi elektron cihazdır.
1.10. Cari hesab
- istifadəçinin hesabına daxil olan pul vəsaitlərinin qəbul edilməsi və hesab üzrə əməliyyatların aparılması üçün açılan bank hesabıdır;
1.11. Əmanət hesabı
- əmanət müqaviləsinə əsasən istifadəçinin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi və müvafiq əməliyyatların aparılması üçün açılan bank hesabıdır;
1.12. Ödəniş kartı (bundan sonra - kart)
- nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti;
1.13. Kart hesabı
- kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabı.
1.14. Tariflər – İstifadəçiyə göstərilmiş xidmətlər müqabilində Bank tərəfindən birtərəfli qaydada müəyyən edilmiş İstifadəçi tərəfindən ödənilməli olan haqqdır. Tariflər Bankın www.unibank.az
saytında yerləşdirilır.
1.15. Şəxsiyyəti təsdiq edən sənəd –
Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən olunur.
1.16. Dosta Köçürmə
- mobil cihazın yaddaşında olan və Mobil Bankçılıqdan istifadə edən şəxslərə öz hesablarınızdan köçürmə imkanı.
1.17. Bildiriş
– Banka aid aksiyalar və fərdi əməliyyatlar haqda məlumat.
1.18. Bonuslar
–istifadəçilərin “Unibank Mobile” Mobil əlavə ilə həyata keçirdikləri əməliyyatların müqabilində qazandıqları ballardır (bonus qazandıran əməliyyatların siyahısı və bonus əmsalı “Unibank Mobile” Mobil əlavəsində “Mənim Bonuslarım” bölməsində əks olunmuşdur). Bonusların istifadə müddəti 12 ay təşkil edir. İstifadəçi 6 aydan çox əməliyyat aparmırsa, Bankın yığılmış bonusları sıfırlamaq hüququ vardır.
Qeyd:
2. Qeydiyyatdan keçmə qaydası.
2. 1. Mobil cihazlardan istifadə etməklə Mobil Bankçılıqda 3 qaydada qeydiyyatdan keçmək mümkündür:
2.1.1. Ödəniş kartı vasitəsilə qeydiyyat. İsitifadəçi Mobil Bankçılıqda “Ödəniş kartı vasitəsilə qeydiyyat keçməsini” seçməklə ona məxsus və Bank tərəfindən emissiya olunan ödəniş kartının son 8 rəqəmini və mobil telefon nömrəsini müvafiq xanalara daxil edir. Bu zaman mobil telefon nömrəsi dedikdə İstifadəçinin qeydiyyat keçməsindən qabaq Bankla hər hansı müqavilənin bağlanması zamanı təqdim edilmiş və dəyişilməmiş mobil telefon nömrəsi nəzərdə tutulur. Daxil edilmiş ödəniş kartının 8 rəqəmi və mobil telefon nömrəsi düzgün olduğu təqdirdə İstifadəçinin mobil telefon nömrəsinə bir dəfə üçün istifadəsi nəzərdə tutulmuş 6 rəqəmli şifrə göndərilir. 6 rəqəmli şifrənin Mobil Bankçılığın müvafiq xanasına daxil etdikdən sonra İstifadəçi Mobil Bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün 4 rəqəmli şifrəni özü müəyyən edir. Müştəri eyni zamanda Bankın istənilən filialına yaxınlaşmaqla “Ödəniş kartı vasitəsilə qeydiyyat” üsulu ilə qeydiyyatdan keçərək, Mobil Bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Müqavilə imzalamaqla Mobil Bankçılıq-da olan bütün bank xidmətlərini həyata keçirə bilər.
2.1.2. Mobil nömrə ilə qeydiyyat.
Mobil nömrə ilə qeydiyyat zamanı müştəri ilk öncə “Nömrə ilə qeydiyyat” düyməsini sıxır, mobil nömrəsini əlavə edir və açılan növbəti səhifədə istifadəçi tələb olunan şəxsi məlumatları daxil edir. Məlumatları daxil etdikdən sonra müştəri “Davam etmək” düyməsinə sıxır, mobil nömrəsinə göndərilən birdəfəlik şifrəni daxil edir və sonda təkrarən giriş üçün 4 rəqəmli kodunu daxil edir. İstifadəçi giriş etdikdən sonra artıq istənilən bank kartını əlavə etməklə ödəniş və köçürmələr edə və bonuslar qazana biləcəkdir. Əlavə olaraq istifadəçi “Ayarlar” bölməsinə daxil olub, “Müştəri kodunu” əldə edə bilər. “Mobil nömrə ilə qeydiyyat” üsulundan yanlız mobil nömrəsi “Unibank”ın sistemində olmayan müştərilər və mobil nömrəsi “Unibank”ın sistemində olan yalnız heç bir aktiv bank məhsulu (yəni, cari hesab, debet və kredit kart, əmanət və kredit məhsulları olmayan) olmayan müştərilər qeydiyyatdan keçə bilər.
2.1.3. Asan İmza vasitəsilə qeydiyyat.
İsitifadəçi Asan İmzaya qoşulub Mobil Bankçılıqda “Asan İmza vasitəsilə qeydiyyatdan keçməsini” seçməklə müvafiq xanalara mobil telefon nömrəsini və Asan Xidmət tərəfindən təqdim olunmuş Asan ID –ni daxil edir. Bu zaman mobil telefon nömrəsi dedikdə İstifadəçinin qeydiyyat keçməsindən qabaq Bankla hər hansı müqavilənin bağlanması zamanı təqdim edilmiş və dəyişilməmiş mobil telefon nömrəsi nəzərdə tutulur. Daxil edilmiş məlumatlar düzgün olduğu halda İstifadəçi Mobil Bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün 4 rəqəmli şifrəni özü müəyyən edir.
2.1.4
. Qeydiyyatdan keçmə üsuluna görə yol verilən əməliyyatlar:
- Ödəniş kartı vasitəsilə qeydiyyat – yalnız kartla bağlı əməliyyatlar (filialda Mobil Bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Müqavilə imzalandıqda -
bütün növ Bank əməliyyatları (əmanət (depozit) və digər müqavilələrin və əqdlərin imzalanması istisna olmaqla))
- Mobil nömrə ilə qeydiyyat -
yalnız kartla bağlı əməliyyatlar;
- ASAN imza vasitəsilə qeydiyyat – bütün növ Bank əməliyyatları;
3. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması.
3.1. Mobil Bankçılıqda Asan İmza və ya Mobil Nömrə vasitəsilə qeydiyyatdan keçməsi halında Mobil Bankçılıqda aşağıdakı əməliyyatlar aparıla bilər və sənədlər imzalana bilər:
3.1.1. Cari və Əmanət hesablarının açılması, buna dair müvafiq sənədlərin, o cümlədən əmanət müqavilələrin, bank hesabları üzrə xidmət müqavilələrin imzalanması*;
3.1.2. Cari bank hesablarının bağlanması;
3.1.3. İstifadəçinin Cari hesablarından pul vəsaitinin cari və əmanət hesablara köçürülməsi (o cümlədən ödəniş kartından bank hesablara və bank hesablarından ödəniş kartlara);
3.1.4. İstifadəçinin Bank qarşısında olan kredit borclarının ödənilməsi və kredit limitinin dəyişdirilməsi üçün müraciət edilməsi;
3.1.5.Bank hesablarından çıxarışları və İstifadəçinin rekvizitlərinin Bankın qüvvədə olan tariflərinə uyğun İstifadəçinin hesablarından akseptsiz komisyon haqqının silinməsi şərtilə, qeyd etdiyi elektron poçt ünvanına göndərilməsi;
3.1.6. Ödəniş karlartının sifariş edilməsi**;
a. Müştəri, qeydiyyatdan keçdiyi zaman, və ya kartın sifarişi zamanı təqdim etdiyi şəxsi məlumatlar, doğru kimi qəbul olunur və kart sifarişi bu məlumatlar üzərində qəbul olunur. Müştəri bu qaydaları təsdiq etməklə daxil etdiyi məlumatların ona məxsus olmasına təminat verir və yalnış təqdim edilən məlumatlara görə müştəri məsuliyyət daşıyır;
b. Müştərinin seçdiyi kart üzrə ödənişi birdəfəlik edilir, ödəniş vəsaiti heç bir halda geri qaytarılmır;
c. Sifariş olunan kart 3 (üç) iş günündən sonra filiala şəxsiyyəti təsdiq edən sənədlə yaxınlaşmaqla, təqdim olunacaq sənədləri doldurmaq və imzalamaqla əldə olunur. Müştəri tərəfindən sifariş olunan kart götürülmədiyi təqdirdə 6 (altı) təqvim ayından sonra kart ləğv olunur və ödənilən məbləğ geri qaytarılmır;
d. Sifariş olunan kartı qiyməti AZN ekvivalentində əks olunur və AZN valyutasında ödənilir;
e. Bir müştəri üzrə hər bir valyutada maksimum 3 (üç) ədəd kartdan artıq sifariş edilə bilməz.
f. Unibank KB ASC-nin müştərisi olmayan, yalnız Azərbaycan vətəndaşları qeydiyyatda mobil nömrə ilə keçmiş və eyniləşdirilməyən müştərilər bu qaydaların 3.1.6-cı bəndinin “a”,”b”,”c”,”d” və “e” bəndlərində qeyd edilənlərdən savayı özünə aid bütün şəxsi məlumatları qeyd edir və yalnış daxil edilmiş məlumatlara görə məsuliyyət daşıyır. Həmçinin üçüncü şəxslərin adına kart sifariş edilə bilməz.
3.1.7. Ödəniş kartlarının risk qrupunun dəyişdirilməsi***;
3.1.8.Ödəniş kartlarının bloka salınması və blokdan azad edilməsi****,
3.1.9. Pul vəsaitinin girovu ilə təmin edilmiş kredit müqavilələrin, pul vəsaitinin girov müqavilələrin və buna dair müvafiq sənədlərin imzalanması; *
3.1.10. Təminatsız kreditlərin əldə edilməsi üçün sifariş verilməsi.
3.2. Mobil Bankçılıqda ödəniş kartı vasitəsilə qeydiyyatdan keçməsi halında Mobil Bankçılıqda aşağıdakı əməliyyatlar aparıla bilər və sənədlər imzalana bilər:
3.2.1. Ödəniş karlartının sifariş edilməsi**;
3.2.2. Bank hesablarından çıxarışların Bankın qüvvədə olan tariflərinə uyğun İstifadəçinin hesablarından akseptsiz komisyon haqqının silinməsi şərtilə, qeyd etdiyi elektron poçt ünvanına göndərilməsi;
3.2.3. Ödəniş kartlarının bloka salınması ;
3.2.4. Ödəniş kartlarından pul vəsaitinin istənilən ödəniş kartlara köçürülməsi;
3.2.5. İstifadəçinin Bank qarşısında olan kredit borclarının ödəniş kartı vasitəsilə ödənilməsi;
3.2.6. Kommunal ödənişlərin ödəniş kartı vasitəsilə ödənilməsi;
3.2.7. Ödəniş kartından İstifadəçinin əmanət hesablarına pul vəsaitinin köçürülməsi;
3.2.8. Təminatsız kreditlərin əldə edilməsi üçün sifariş verilməsi.
4. İstifadəçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür
4.1. Mobil telefon SİM-katının və mobil cihazının itməsi oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək.
4.2. Mobil telefon Sim-kartının və/və ya mobil cihazının itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi barədə məlumatı dərhal Bankın 117 nömrəsinə zəng edərək məlumat vermək. Bu zaman Bank məlumatın daxil olduğu tarixdən etibarən ən geci növbəti iş günü ərzində İstifadəçinin Mobil Bankçlılqda olan qeydiyyat yazınısını bloklaşdırır.
4.3. Qaydalara və Mobil Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Yenilənmiş Qaydalar Mobil Bankçılıqda yerləşdirdiyi gün İstifadəçi tərəfindən onları qəbul edildiyi gün sayılır.
4.4. İstifadəçi icazə verir ki, onun telefon kitabçasındakı mobil nömrə sahibləri istifadəçinin Unibank Mobile müştərisi olduğunu görsünlər.
4.4.1. Bank, istifadəçinin telefon kitabçasında mövcud olan mobil nömrə sahibləri barədə məlumatları öz bazasında saxlamır və üçüncü tərəfə ötürülməməsinə zəmanət verir. 5. Mobil Bankçılıq vasitəsilə aparılmış əməliyyatlar barədə sorğu və etirazların verilməsi qaydası: 5.1. Mobil bankçılıq vasitəsilə aparılmış hər hansı əməliyyatla bağlı sorğu və etiraz Bankın 117 nömrəsinə zəng etməklə verilir. Sorğu və etiraz əməliyyatın həyata keçirildiyi gündən yalnız 14 (on dörd) iş günü ərzində verilə bilər. Bu müddət keçdikdən sonra Banka ünvanlanmış sorğular və etirazlar baxılmır və cavablandırılmır. 5.2. Bütün sorğu və ya etirazlar verildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində Bank tərəfindən cavablandırılır. 6. Sənədlərin hüquqi qüvvəsi. 6.1. Bu Qaydalar istifadəçi tərəfindən qeydiyyat zamanı daxil etdiyi Mobil telefon nömrəsi ilə təsdiq edilir. Bu zaman istifadəçinin Mobil telefon nömrəsi onun şəxsi imzasının analoqu kimi qəbul olunur və Mobil telefon nömrəsi ilə təsdiq olunmuş Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş müvafiq sənədlərlə eyni qüvvəyə malikdir. 6.2. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. 6.3. İstifadəçi qəbul edir ki, Mobil telefon nömrəsi ilə təsdiq olunmuş Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar, Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübutdurlar. 7. Məsuliyyət 7.1. İstifadəçi Mobil Bankçılıqda qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər-hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə, bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür. 7.2. Mobil telefon SİM-katının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə İstifadəçinin sahibliyindən çıxması,üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır. 7.3. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı İstifadəçi tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsinə görə və bunun nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır. 7.4. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür. 7.5 Əgər cihaza avadanlıq istehsalçısının razılığı olmadan proqram təminatı quraşdırılması üçün müdaxilə edilibsə, Bank təhlükəsizliyə zəmanət vermir. 8. Digər bankların emissiya etdiyi ödəniş kartlarının Unibank Mobil Banking-də (sonradan “UMB”) qeydiyyatı: 8.1. Müştəri digər bankların (yalnız Azərbaycan Respublikası daxilində) emissiya etdiyi ödəniş kartlarını (bundan sonra “kart”) UMB-də aşağıdakı qaydada əlavə etməklə bütün növ köçürmələr edə bilər: 8.2. Digər bankların kartını əlavə et (“+“) düyməsi seçilir; 8.3. Kartın on altı rəqəmini, bitmə tarixini, CVV/CVV2 kodunu müvafiq xanaya daxil edilir və ya ödəniş kartı skan funksiyası (kamera loqosu) ilə də əlavə edə bilər. Daxil edilən məlumatlar məxfi olduğundan bankda saxlanılmır; 8.4. Müştərinin kartından 0,05 manat məbləğ silinir və həmin məbləğ dərhal geri qaytarılır (texniki uyğunluğu müəyyən etmək üçün); 8.5. “Kart uğurla əlavə edildi” yazısı ilə əməliyyat tamamlanır. * Mobil Bankçılıq vasitəsilə bağlanmış depozit müqavilələri, pul vəsaitinin girovu ilə təmin olunmuş kredit müqavilələri , pul vəsaitinin girov müqavilələri, bank hesabları üzrə xidmət müqavilələri və bu müqavilələrə aid olan sənədlər Asan İmza ilə təsdiqlənəcək. **Bu zaman Mobil Bankçılıq vasitəsilə yalnız sifariş verilə bilər. Müqavilələr və müvafiq sənədlər Bankın baş ofisində və ya filiallarında imzalanır. *** Kreditin alınması, istifadə edilməsi və ödənilməsi üçün verilmiş, o cümlədən istifadəçisi eyniləşdirilməmiş ödəniş kartları istisna təşkil edir. **** Yalnız Mobil Bankçılıq vasitəsi ilə bloka salınmış ödəniş kartlar blokdan azad oluna bilər. 9. ''Unibank'' Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinə məxsus Mobil Bankçılığa ölkədaxili bank kartlarının əlavə edilməsi və əməliyyatların aparılması proseduru 9.1. Ümumi müddəalar 9.1.1. Bu Prosedur ''Unibank'' Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra ''Bank'' adlandırılacaq) məxsus Mobil Bankçılığa (bundan sonra ''MB'' adlandırılacaq) ölkədaxili bank kartlarının əlavə edilməsi və bu kartlar vasitəsilə əməliyyatların aparılması qaydalarını müəyyən edir; 9.1.2. Bu Prosedurda əks edilən prosesin sahibi – Digital Banking Departamentidir. 9.2. Əsas anlayışlar • Kartlar – ölkədaxili bank kartları; • İstifadəçi – Bankın müştərisi olan, həmçinin Bankın müştərisi olmayan MB-də qeydiyyatdan keçmiş fiziki şəxs. 9.3. Kartların MB-ə əlavə edilməsi prosesi 9.3.1. İstifadəçilər MB-ə daxil olur və “Digər bank kartını əlavə et” funksiyasını seçir. Xarici bank kartlarının MB-ə əlavə edilməsi qadağandır; 9.3.2. Açılan yeni səhifədə əlavə etmək istədiyi bank kartının 16 rəqəmini, bitmə tarixini və CVV təhlükəsizlik kodunu müvafiq xanalara daxil edərək əməliyyatı təsdiqləyir; 9.3.3. Növbəti səhifədə əlavə etmək istədiyi bank kartına (əgər 3D aktivdirsə) bağlı mobil nömrəsinə sms vasitəsilə gəlmiş təhlükəsizlik kodunu daxil edir. 3D aktiv olmadığı kartların qeydiyyatı zamanı müştərinin mobil nömrəsinə təhlükəsizlik kodu daxil olmur; 9.3.4. Daxil edilən kart məlumatları düzgün olduğu təqdirdə kartın aktivliyinin yoxlanılması üçün əlavə edilən kartın balansından 0.05 AZN məbləğ silinir. Kart aktivləşdikdən sonra silinən həmin məbləğ yenidən kartın balansına qayıdır; 9.3.5. Kart istifadəçinin MB-sinə bağlanır. İstifadəçi kart məlumatlarını yenidən daxil etmədən MB vasitəsilə kart ilə qeydiyyat zamanı nəzərdə tutulan bütün əməliyyatları (gündəlik təyin olunmuş limitə əsasən) icra edə bilir. 9.4. Yekun müddəalar 9.4.1. Bu Prosedurda nəzərdə tutulmuş funksiyaların doğru və vaxtında yerinə yetirilməsinə görə müvafiq struktur bölmələrin rəhbərləri və səlahiyyətli işçiləri bilavasitə məsuliyyət daşıyır; 9.4.2. Bu Prosedur İdarə Heyəti tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir; 9.4.3. Bu Prosedura əlavə və dəyişikliklər İdarə Heyətinin qərarı ilə mümkündür; 9.4.4. Bu Prosedur elan olunduğu tarixdən etibarən bundan öncə bu prosesi tənzimləyən bütün Prosedur və ona dəyişikliklər qüvvədən düşmüş hesab edilsin. 10. Təhlükəsiz istifadə qaydaları. MB (Mobil Bankçılıq) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədləri rəqəmsal imza ilə (Asan İmza) imzalaya bilərsiniz. İdentifikasiya məlumatları və rəqəmsal imza yüksək səviyyəli təhlükəsizlik texnologiyası və müvafiq kodlarla qorunur. Mobil telefon eyni zamanda həm Asan İmza üçün smart kart (asan imza kartı), həm də kart oxuyucu qurğu kimi istifadə olunur. Asan İmza (Mobile ID) elektron xidmətlər mühitinə giriş üçün təhlükəsizlik aləti hesab edilir və rəqəmsal imzanın qoyulmasına imkan verir. Ona görə də MB-dən və “Asan İmza”-dan (Mobile ID) istifadə edərkən sadə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır:
1.
İmzalama açarları SIM kartda yerləşdiyi üçün telefonda quraşdırılan SIM kartı və kodları, həmçinin mobil cihazınızı kənar şəxslərə verməyin.
2.
Asan İmza (Mobile ID) SIM kart, kodlar və mobil telefonunuz digr şəxslərin əlinə keçdiyi zaman onlar Sizin adınızdan sövdələşmə imzalaya, həmçinin şəxsi verilənlərinizi görə bilərlər. Bu halda onlar tərəfindən götürülən öhdəliklər Sizin üzərinizə düşəcəkdir.
3.
MB-ə
Asan imza ilə
qoşulduqdan sonra sizə təqdim edilmiş ilkin kod və ya şifrələri dəyişmək məsləhət görülür.
4.
Kod və ya şifrələri telefondan ayrı saxlayın. Onlarıın kənar şəxslərə verilməməsi çox vacib məsələ hesab edilir. Ona görə də bu məlumatları telefondan ayrı saxlamaq məsləhət görülür. Məlumatları əzbərləyin və ya etibarlı yerə qeyd edin.
5.
Kodlar üçün sadə kombinasiyalardan (0000, 1111, 1234 və s.), ad günü, ev və mənzillərin nömrəsi və s. istifadə etməyin.
6.
Telefonun ekranında istifadə etmək istədiyiniz xidmətin adının yazıldığından əmin olun.
7.
Mobil telefon oğurlandığı və ya itirildiyi zaman ilk olaraq texniki dəstək xidmətlərinə (Mobil operatorunuza və Banka) müraciət edib Sizə məxsus olan Asan İmza (Mobile ID) SIM kartınızı bloka salınsın və MB-a girişiniz məhdudlaşdırılsın.
11. u’Walk 11.1. Geolokasiya – müştərinin istifadəsində olan mobil cihazda istifadəşinin yerləşdiyi yerin müəyyən olunması üçün xüsusi proqram təminatı. 11.2. Addım ölçmə –müştərinin atdığı addımlarının saylarına görə MB-də layihə. 11.3. Bu layihədə iştirak etmək üçün “iştirak et” düyməsini sıxmaqla mümkündür. 11.4. Atılmış addımlara görə bonuslar hesablanacaq. Bu bonusların hesablanma qaydası MB-də mənim bonuslarım bölməsinə daxil olmaqla “necə qazanmaq olar” xanasından məlumat əldə edilə bilər. 11.5. Bu bölmə (xidmət) üzrə Bank tərəfindən məqsədli bonuslar təqdim edilə bilər. bu haqda məlumat “hədəflər” bölməsində yerləşdirilir. 11.6. İki və daha çox fərqli cihazla eyni qeydiyyatla bu layihəyə qoşulma mümkün deyil. Bu layihə ən son istifadə edilən cihazda aktiv qalacaq, ondan əvvəlkilər deaktiv olunacaq. 11.7. Hər dəfə müştərinin şəxsi məlumatlrı tələb olunduqda, sistem sorğu ilə dəqiqləşdirmə edəcək. Yəni, geolokasiya (yerləşdiyi yer), elektron poct, fərdi bədən tərbiyə proqlamlarına və digər zəruri məlumatlara yalnız müştərinin təsdiqindən sonar qoşulur. 11.8. Bu razılaşmanı təsdiq etməklə (razılaşmaqla) müştəri, onun barəsində əldə olunan məlumatların bank tərəfindən saxlanılmasına və istifadəsinə razılıq vermiş hesab edilir. 11.9. Əldə edilmiş müştəri məlumatları yalnız bankla müştəri arasında istifadə edilir və heç bir üçüncü şəxsə öturulməyəcək. 11.10. Bu layihə üzrə müştərinin hərəkətləri (addım sayları və bu layihə üzrə topladığı bonuslar) MB-ə daxil olmadığı yeddi və daha cox təqvim günü baş verərsə, bu halda, yalnız son yeddi gün üçün məlumatlar saxlanılır. 11.11.UBank tətbiqi məlumatları Google Fit-dən götürür və bankın serverinə göndərir, server-də toplanan addımların sayına əsasən istifadəçilərə bonus verilir. 12.1. Mobil bankçılıq üzərindən ödəniş kartlarının sifariş edilməsi xidməti, yalnız, bankın müştərisi olmuş və eyniləşdirilmiş şəxslər üçün keçərlidir. 12.2. Bunun üçün MB üzərindən istənilən kart növü seçilməklə sifariş edilir. Sifariş edilməklə müştəri kartın ona çatdırılması xidmətindən istifadəyə razılıq vermiş hesab olunur. 12.3. Sifariş edilmiş kart, bank hesabı və ödəniş kartları üzrə xidmət müqavilələri, hesabın açılması üçün və bu əməliyyat üzrə tələb olunan bütün digər sənədlər (ərizə, anketlər, təhvil təslim aktı və sair)Abşeron, Bakı və Sumqayıt ş. üzrə 7 (yeddi) təqvim günü müddətində bank nümayəndəsi tərəfdən müştərilərə kart bağlı zərfdə olmaqla çatdırılır. 12.4. Çatdırılmış zərfləri müştəri şəxsən özü qəbul edib açmalıdır, müştərinin şəxsiyyətini təsdiq edən sənəd (sənədin etibarlılıq müddəti kartın alınma tarixinə qüvvədə olmalıdır)mütləq üzərində olmalıdır. Müştəri, ona təqdim edilmiş sənədlərlə tanış olub imzalayıb bir nüsxəsini küryerə qaytarır. Sənəd və kartın üçüncü şəxslərə verilməsi nəzərdə tutulmayıb. 12.5. Çatdırılma xidmətini sifariş etdikcə, müştəri bank nümayəndəsi ilə telefon zəngləşməsi zamanı razılaşdırılmış vaxt aralıqda qeyd edilmiş ünvanda nümayəndəsini qəbul etmək və sənədləşməni icra etməsinə şərait yaratmalıdır. Müştəri bu məsuliyyətini yerinə yetirməsə, bank nümayəndəsi kartını bank filiala qaytarmalıdır və müştəri kartı əldə etmək üçün filiala yaxınlaşmalıdır. Müştəri kartı sifariş günündən sonra bir ay götürməsə kart və kart hesabı bağlanır. 12.6. Müştəri sənədləri imzalayıb kuryerə təqdim etməklə, təhvil təslim aktını imzalamaqla ona göstərilmiş kart sifarişi, kartın çatdırılması xidməti qəbul etmiş hesab edilir və sonradan bu barədə banka və bu xidmətə qarşı heç bir irad və ya tələb, pretenziya verə bilməz.
Anlayışlar:
Virtual kart – nağd pul vəsaitinin əldə edilməsi imkanı olmayan, internet və mobil bankçılıq üzərindən nağdsız ödənişlərin aparılması üçün istifadə edilə bilən qeyri maddi ödəniş aləti;
Əvvəlcədən ödənilmiş virtual kart - əvvəlcədən mədaxil edilmiş vəsait həcmində mal, iş və xidmətlərin dəyərinin ödənilməsinə imkan verən kart;
Abonent nömrəsi – Müştəriyə, Müştərinin Mobil rabitə operatorunun şəbəkəsinə qoşulduğu an təyin edilən, Mobil rabitə operatoru ilə səyyar rabitə xidmətlərinin təqdim edilməsi haqqında müqavilə bağlamış şəxsi birmənalı şəkildə təyin edən (eyniləşdirən) telefon nömrəsi;
Aksept - bu müqaviləni (ofertanı) mobil əlavə və ya saytdan qəbul etmək – yəni qeydiyyat formasını doldurduqdan sonra qəbul ediləcək OTP kodun daxil edilməsi və təsdiqi. Əvvəlcədən mobil əlavədə qeydiyyatı olan müştərilər üçün isə “Virtual kart sifarişi” bölməsinə daxil olmaqla açılacaq ofertanın eynilə elektron təsdiqlənməsi.
Kart hesabı - kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabı;
Virtual kart məlumatları – (bundan sonra “kart məlumatları”) adi ödəniş kartı üzərində əks olunan bütün məlumatların qeydləri: 16 rəqəmli nömrə, bitmə tarixi və CVV kod.
Emitent bank (Bank) – «Unibank Kommersiya Bankı” ASC. Virtual kartı”nın emissiyasını həyata keçirən, ondan istifadə edilməklə yerinə yetirilən əməliyyatlar üzrə hesablaşmaları təmin etməyi öhdəsinə götürmüş bank;
Müqavilə – bu Ofertanın mətni.
Müştəri – bu müqaviləni (ofertanı) mobil əlavə və ya saytdan qəbul etmiş və virtual kartdan istifadə etmiş və aparılmış bütün əməliyyatlara görə məsul fiziki şəxs.
Əvvəlcədən ödənilmiş «Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”nın balansı – Əvvəlcədən ödənilmiş «Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”ndan istifadə etməklə Ödənişi alanın xeyrinə hesablaşmaların həyata keçirilməsi barədə Banka tələblərin irəli sürülməsi məqsədi ilə əvvəlcədən köçürülmüş pul vəsaitlərinin hesabına formalaşan Müştərinin malik olduğu pul vəsaitinin həcmi.
Əməliyyatların limiti – İstifadəçisi eyniləşdirilməyən yüklənə bilən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 100 (yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan artıq, istifadə müddəti isə 1 (bir) ildən çox ola bilməz. Bu halda kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi 1000 (min) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz.İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartın istifadə müddəti 1 (bir) ildən, kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi isə 15000 (on beş min) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz.
Çarbek ( chargeback) - kart balansı üzrə həyata keçən və Müştərinin xidmət göstərdiyi şəxsin razılaşmadığı hər hansı əməliyyata Bankın kredit təşkilatına etməli olduğu geri ödəmə.
Filial qeydiyyatı - İstifadəçi şəxsiyyətini təsdiq edən sənədi ilə ilk növbədə Bankın hər hansı filialına yaxınlaşmaqla, filialın əməkdaşı tərəfindən təqdim olunmuş Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Müqavilə imzalayır və Bankın sistemində qeydiyyata alınır. Bundan sonra İstifadəçi Mobil Bankçılıqda “Filial vasitəsilə qeydiyyat kəçməsini” seçməklə filialda qeydiyyatdan keçdiyi zaman təqdim edilmiş mobil telefon nömrəsini müvafiq xanaya daxil edir. Mobil telefon nömrəsi düz qeyd olunduğu halda İstifadəçinin mobil telefon nömrəsinə bir dəfə üçün istifadəsi nəzərdə tutulmuş 6 rəqəmli şifrə göndərilir. 6 rəqəmli şifrənin Mobil bankçılığın müvafiq xanasına daxil etdikdən sonra İstifadəçi Mobil Bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün 4 rəqəmli parolu özü müəyyən edir.
Unibank Mobile mobil əlavəsi (Bankın Əlavəsi, Unibank Mobile) – Paroldan, və qaydalarda müəyyən olunmuş hallarda Asan imzadan istifadə etməklə İnternet vasitəsilə Qaydalarda nəzərdə tutulmuş əməliyyatların aparılmasına və sənədlərin təsdiq edilməsinə imkan yaradan proqramdır. Bu proqram İOS və Android platformalarını dəstəkləyən Mobil cihazlarda istifadə oluna bilər. Proqrama çıxış istənilən mobil operatorların abonenti olan istifadəçilərə verilir.
Hesab – bank hesabı olmayan kart balansı.
1.1. Bu Müqaviləyə görə Bank Müştəriyə kart hesabı yaradır (bundan sonra “hesab” adlanacaq) və hesab üzrə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür.
1.2. Bank tərəfindən Xidmətlərin göstərilməsinin dəyəri Bankın Tarifləri ilə müəyyən edilmişdir. Müştəri Bankın aktual tarifləri ilə Bankın www.unibank.az rəsmi saytında ( bundan sonra: rəsmi sayt) tanış ola bilər.
1.3. Kartın valyuta növü manat, avro və ABŞ dolları ola bilər.
1.4. Bu müqavilə (oferta) ilə tanış olduqdan sonra müştəri tərəfindən elektron qaydada təsdiqi (qəbul etməsi) aksept sayılır və bu müqavilə tərəflər arasında bağlanmış hesab olunur.
2.1. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, normativ xarakterli aktları, bu müqavilə, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir. Nağdlaşdırma əməliyyatları istisna olmaqla.
2.3. Müştəri bank xidmətlərinin illik haqqını «Bank» tərəfindən müəyyən edilən Tariflər əsasında əvvəlcədən ödəyir. Tariflər «Bank»ın - www.unibank.az - rəsmi internet saytında (bundan sonra “sayt” adlandırılacaq) yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla tanış olması tövsiyə olunur. «Müştəri» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun Hesabından silinir.
2.4. Kart məlumatları ilə əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar «Müştəri» tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur.
2.5. Bu hesabdan Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar Müştərinin xeyrinə Banka pul vəsaiti daxil olduğu halda Müştərinin razılığı alınmadan həmin vəsaiti göndərən şəxsə ödənişin məbləğindən bank xidmət haqqı və Bankın çəkdiyi digər xərclər çıxılmaqla geri qaytarılır. Bankın həmçinin bank xidmət haqqlarını və pul vəsaitinin göndərənə geri qaytarılması ilə bağlı çəkdiyi digər xərcləri Müştərinin bank hesablarından akseptsiz qaydada silmək hüququ vardır.
2.6. “Kartın məlumatlarının oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel: + 99412 117), yaxud Kart Prosessinq Təşkilatına (+99412 4312202) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür.
2.7. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı Müştəri tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur.
2.8. Kartdan istifadə etməklə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq yerli və ya beynəlxalq kart təşkilatlarının (“Visa” Inc., “MasterCard” Int., “UnionPay International” və digərləri) qaydalarına və bu Müqaviləyə uyğun şəkildə aparılır.
2.9. Ödəniş sistemləri üzərində nəzarət funksiyasını Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir (Tel.: 493 11 22, Faks: 493 55 41, e-mail [email protected]).
2.10. «Müştəri» kartı vasitəsilə həyata keçirilmiş bütün əməliyyatlar, kart balansının qalığı barədə məlumatın, eləcə də hesabdan çıxarışın əldə edilməsinin üsul və vasitələri haqqında məlumatları mobil əlavəsindən və internet banking-dən əldə edə bilər.
2.11. “Sayt”da müvafiq tarifləri və şərtləri, kartlara tətbiq edilən yeni funksional imkanlar haqqında məlumatı, kart hesablarının təhlükəsizliyinin təmin olunması qaydalarını, başqa zəruri informasiyanın yerləşdirilməsini və yenilənməsini, Müştəriyə çatdırılmasını təmin edir.
2.12. Müştəri, bu Ofertanın şərtləri əsasında Müqavilə bağlamaqla, Bank tərəfindən onun fərdi məlumatının işlənməsinə, konkret olaraq, o cümlədən ona münasibətdə aşağıdakı addımların atılmasına razılıq verir: Bank ilə müqavilələrin bağlanması, bağlanmış müqavilələrin icra edilməsi, habelə cinayətkar yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılmasının qarşısının alınması üzrə normativ aktların tələblərinin yerinə yetirilməsi məqsədi ilə yığılma, sistemləşdirilmə, toplanma, qorunub saxlanılma, dəqiqləşdirilmə (təzələnmə, dəyişdirilmə), istifadə edilmə, yayılma (o cümlədən ötürülmə), şəxssizləşdirilmə, bloka alınma, məhv edilmə. Göstərilən addımlar avtomatlaşdırılma vasitələrindən istifadə edilməklə həyata keçirilə bilərlər.
2.13. Müştəri həmçinin onun fərdi məlumatının Bank tərəfindən, bu bəndlə nəzərdə tutulmuş addımların atılması məqsədi ilə, üçüncü tərəflərə, Bankla bu kimi üçüncü tərəflər arasında müvafiq qaydada bağlanmış müqavilənin mövcud olduğu təqdirdə, ötürülməsinə razılıq verir.
2.14. Bank, Müştərinin fərdi məlumatının işlənməsi zamanı, Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında» 998-IIIQ saylı 11 may 2010-cu il tarixli Qanununun tələblərinə tam həcmdə riayət etməyi öhdəsinə götürür.
2.19. Müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraft-ın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda «Müştəri» «Bank» qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda «Müştəri» «Bank» qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft uzrə həmin tarixdən etibarən illik 30 (otuz) % məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda «Bank», «Müştəri»ni xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki overdraft yarandığı və ya «Müştəri»yə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu «Bank» tərəfindən «Müştəri»yə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər.
3.1. Bankın hüquqları:
3.1.1. Müştəri tərəfindən bu Müqavilənin 3.4.2. bəndinin tələbləri yerinə yetirilmədikdə əsas kart və əlavə kartlar üzrə əməliyyatları dayandırmaq və Bank Tarifləri əsasında yerinə yetirilməmiş öhdəlik məbləğində cərimə tutmaq.
3.1.2. Bank xidmətlərinə görə müəyyən edilmiş Tariflərə birtərəfli qaydada dəyişiklik etmək.
3.1.3. Bu müqavilə ilə müəyyən edilmiş hallarda və qaydada ona ödənilməli olan pul vəsaitlərini (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) Kart balansından və Müştərinin digər bank hesablarından akseptsiz qaydada silmək.
3.1.4 Kartdan qeyri-qanuni məqsədlərlə istifadə etməsi, limitlərin aşması, hesabında borcun yaranması və ya «Müştəri» tərəfindən bu müqavilənin digər şərtlərinə əməl olunmadığı aşkar olunduğu hallarda kartdan istifadə edilməsini və hesab üzrə əməliyyatları dayandırmaq və kartı “imtinalar siyahısı”na yerləşdirmək, müqaviləni ləğv etmək hüququna malikdir.
3.1.5. «Bank», hesabın təhlükəsizliyi və digər risklər baxımından «Müştəri»nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək hüququna malikdir.
3.1.6. Bank bu Ofertaya, bu Oferta ilə müəyyən edilmiş qaydada dəyişikliklər və əlavələr etmək hüququna malikdir.
3.1.7. Bank, Müştəri tərəfindən bundan əvvəl yerinə yetirilmiş mübahisə obyekti olan əməliyyatın ləğv edilməsi/qismən ləğv edilməsi imkanının yoxlanması üzrə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və beynəlxalq ödəniş sistemlərinin qaydalarına zidd olmayan istənilən əlavə tədbirlər görmək hüququna malikdir.
3.1.8.Müştəri, hesablaşmaların Əməliyyatlar limitinin həcmini keçməsi hallarda, «Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”ndan istifadə etməklə hesablaşmalar həyata keçirərsə, «Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”ndan istifadə edilməklə hesablaşmaların həyata keçirilməsi üzrə əməliyyatın yerinə yetirilməsindən imtina etmək.
3.2. Bankın vəzifələri:
3.2.1.Müştərinin hesabına daxil olan pul vəsaitlərini zərurət yarandıqda Bankın kommersiya məzənnəsinə uyğun qaydada konvertasiya etmək və bununla bağlı komisyon haqqlarını Müştərinin hesablarından akseptsiz qaydada silmək.
3.2.2. Kartın məlumatlarının itirilməsi, oğurlanması və Istifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi barədə Müştərinin müraciəti daxil olduğu andan etibarən kartın bloklaşdırılmasını təmin edir.
3.2.3. Bank Müştəriyə, onun Abonent nömrəsinə SMS-bildirişin göndərilməsi və ya Bankın Əlavəsində müvafiq funksionalın yaradılması yolu ilə «Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”nın rekvizitləri haqqında məlumatın təqdim edilməsini təmin etməyə borcludur.
3.2.4. Bank, bu Ofertanın tam mətnini və Bank tərəfindən fiziki şəxsə (Müştəriyə) göstərilən Xidmətlərə dair digər məlumatını Bankın WEB-saytında yerləşdirməyə borcludur.
3.2.5. Bank, Xidmətlərin göstərilməsi məsələləri üzrə Müştərinin informasiya dəstəklənməsini 117 qısa nömrəsi ilə təmin etməyə borcludur.
3.2.6. Bank, mübahisəyə səbəb olan əməliyyatlar barədə Müştərilərin ərizələrini nəzərdən keçirməli və Müştəri tərəfindən Ərizənin göndərildiyi gündən sonrakı 60 (altmış) iş gününü aşmayan bir müddətdə, mübahisənin mümkünlüyü haqqında qərar qəbul etməlidir.
3.3. Müştərinin hüquqları:
3.3.1. Kart vasitəsilə internet və mobil bankçılıq üzərindən mal, iş, xidmətlərə görə hesablaşmalar aparmaq;
3.3.2. Lazımi dövr üçün Bankın Tariflərinə uyğun haqq ödəməklə hesabdan əlavə çıxarış, eləcə də, Hesabdan vəsaitin silinməsinin düzgünlüyünü təsdiq edən sənədləri “Bank”dan təqdim etməyi tələb etmək;
3.3.3. Kartdakı birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərinin dəyişdirilməsi üçün «Bank»a müraciət etmək.
3.4. Müştərinin vəzifələri:
3.4.1. Bankın Tariflərinə uyğun olaraq müəyyən edilmiş limitlərin həddinə əməl etmək,əks təqdirdə isə cərimələri ödəmək.
3.4.2. Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq.
3.4.3. Kartın ödəniş qabiliyyətli olması üçün Hesabı lazımi miqdarda pul vəsaiti ilə təmin etmək.
3.4.4. Hesabına daxil olan pul vəsaitlərini zərurət yarandıqda Bankın kommersiya məzənnəsinə uyğun qaydada Bank tərəfindən konvertasiya edilməsinə və bununla bağlı komisyon haqqlarının onun hesablarından akseptsiz qaydada silinməsinə əvvəlcədən öz razılığını bildirir.
3.4.5. Kart məlumatlarının itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə Bankı, yaxud Banka xidmət göstərən Kart Prosessinq Təşkilatını dərhal məlumatlandırmalıdır. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır.
3.4.6. Hesabda olan pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat vermək və buna görə məsuliyyət daşımaq.
3.4.7. Banka təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq. Adı, atasının adı və soyadı, eləcə də, ünvanı, telefon nömrəsi, şəxsiyyətini təsdiq edən sənəd və s. məlumatlar dəyişdikdə, bu dəyişikliklər edildikdən sonra növbəti 5 (beş) təqvim günündən gec olmayaraq bu barədə yazılı şəkildə Banka məlumat vermək;
3.4.8. Təqdim edilmiş mobil və digər əlaqə nömrələrinin dəyişildiyi təqdirdə Banka 2 (iki) təqvim günü ərzində məlumat vermək.
3.4.9. Bank tərəfindən istənilən zaman «Müştəri»nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək,kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək səlahiyyətlərinə razılığını bildirir.
3.4.10. Kartla bağlı məlumatları əldə etmək üçün Bankın rəsmi saytı ilə mütəmadi olaraq tanış olmaq.
3.4.11. Müştəri təsdiq edir ki, onun fəaliyyət qabiliyyəti məhdudlaşdırılmamışdır, himayə və ya qəyyumluq, habelə patronaj altında deyildir, səhhətinin vəziyyətinə görə müstəqil şəkildə öz hüquqlarını müdafiə edə və öhdəliklərini yerinə yetirə bilər, bağlanan Müqavilənin mahiyyətinin və onun bağlanması şəraitinin dərk edilməsinə mane olan xəstəliklərdən əziyyət çəkmir.
3.4.12. Müştəri tərəfindən Unibank Mobile mobil əlavəsində qeydiyyatdan keçən zaman daxil edilmiş, Bank tərəfindən Müştəriyə, bu Oferta ilə nəzərdə tutulmuş (o cümlədən, “Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”nın rekvizitlərinin, «Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”ndan istifadə edilməklə həyata keçirilmiş hesablaşmalar haqqında bildirişlərin, Kartın möhkəmləndirilməsi zərurəti haqqında bildirişlər və s.-nin daxil edildiyi) SMS-lərin göndərilməsi üçün istifadə edilən Abonent nömrəsinin düzgünlüyü üçün məsuliyyət daşımaq.
3.4.13. Hesablaşmaların Əməliyyatlar limitinin həcmini keçməsi hallarda, «Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”ndan istifadə etməklə hesablaşmalar həyata keçirməmək.
4.1. Müştəri Virtual kart vasitəsi ilə həyata keçirilmiş əməliyyata görə iddia qaldırmaq hüququ var. Bu halda Müştəri, Banka müraciət etməklə və müvafiq formanı doldurmaqla, hadisənin ətraflı təsviri ilə, sorğu (bundan sonra – Ərizə) göndərməlidir. Bu halda Bank, Müştəriyə aşağıdakı hallarda, barəsində mübahisəli əməliyyat üzrə pul vəsaitinin qaytarılmasının (qismən qaytarılmasının) mümkünlüyü haqqında müsbət qərarın qəbul edilməsindən imtina etmək hüququnu özündə saxlayır:
4.1.1. Müştəri tərəfindən verilən Ərizə, mübahisəli əməliyyatın yerinə yetirildiyi tarixdən 45 (qırx beş) təqvim günündən gec təqdim olunarsa;
4.1.2. Əməliyyatın yerinə yetirildiyi an üçün Müştəri, Azərbaycan Respiblikasının qanunveriliciyinə və digər müvafiq hüquqi-normativ sənədlərə müvafiq olaraq, eyniləşdirilmə prosesindən keçməyibsə;
4.1.3. Mübahisə əməliyyatın yerinə yetirildiyi an üçün, Müştəri tərəfindən autentifikasiya məlumatının istifadə edilməsi şərtləri pozularsa.
4.2. Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunveriçiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
4.3. «Müştəri» hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etiraz etdikdə etiraz etdiyi əməliyyatın baş verdiyi tarixdən 89 (səksən doqquz) təqvim günü müddətində «Bank»a yazılı qaydada pretenziya təqdim etməli və etirazını əsaslandırdığı halları pretenziyada göstərməlidir. Bu müddət ərzində pretenziya təqdim edilmədikdə və ya hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etirazın əsaslandırıldığı hallar pretenziyada göstərilmədikdə hesab üzrə çıxarışda göstərilən əməliyyatlar təsdiq olunmuş hesab edilir.
4.4. Göndərilmiş və ya təqdim olunmuş pretenziyalara cavab verilməsi müddəti onun alındığı tarixdən 45 (qırx beş) təqvim günü müəyyən edilir.
5.1. Bu Müqavilə müştəri tərəfindən təsdiqləndiyi(aksept) tarixdən qüvvəyə minir və kartın müəyyən edilmiş istifadə müddəti ərzində, həmçinin bu müddət qurtardıqdan sonra 30 (otuz) təqvim günü müddətində qüvvədədir.
5.2. Kartın istifadə müddəti qurtardıqdan sonra 30 (otuz) təqvim günü müddətində Müştəri ona yeni kartın verilməsinə dair və ya Hesabın bağlanması, həmin hesabda olan pul vəsaitlərinin başqa hesaba köçürülməsi və ya qaytarılması barədə Banka müraciət etmədikdə, bu Müqavilə Bank tərəfindən ləğv edilə bilər.
5.3. Bu Müqavilə ləğv edildikdə Bank Hesabdakı pul vəsaitinin qalığını Müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsi alındığı gündən ən geci 7 (yeddi) təqvim gün keçənədək başqa hesaba köçürülür. Pul vəsaiti köçürülməli olan yeni hesab Banka bildirilmədikdə və ya Müştəri həmin vəsaiti geri almadıqda «Bağlanmış müştəri hesabları» adlı hesaba köçürülür və Müştəriyə bu barədə yazılı məlumat verilir.
5.4. Bu müqavilə onun qüvvədə olduğu müddət ərzində Müştərinin ərizəsinə əsasən istənilən vaxt ləğv edilə bilər. Müqaviləyə onun müddətinin qurtarması ilə əlaqədar xitam verilməsi və ya müqavilənin tərəflərdən hər hansı birinin təşəbbüsü ilə ləğv olunması hesabın bağlanması üçün əsasdır.
5.5. Bank, Ofertaya dəyişikliklərin və/və ya əlavələrin edilməsi haqqında Müştərini, bu məlumatın Bankın WEB-saytında yerləşdirilməsi yolu ilə, onların qüvvəyə minməsinə ən azı 1 gün qalmış, məlumatlandırır.
5.6. Bank tərəfindən, Ofertada qeyd olunan şərtlərə uyğun olaraq dəyişikliklərin və/və ya əlavələrin yerləşdirildiyi tarixdən sonrakı 2 (iki) təqvim günü ərzində Müştəri, aşağıda verilən üsullardan hər hansı birindən istifadə etməklə, Bank tərəfindən Müqaviləyə təklif edilmiş dəyişikliklərlə və/və ya əlavələrlə razılaşmaq hüququna malikdir:
– Ödənişin Ofertanın yeni şərtlərinə müvafiq olaraq həyata keçirilməsi;
– Müştərinin Bank tərəfindən Ofertaya təklif edilmiş dəyişikliklərlə/əlavələrlə razılığının, Müştəri tərəfindən Banka, təklif edilmiş dəyişikliklərdən/əlavələrdən yazılı imtinanın olmaması ilə ifadə edilməsi.
Göstərilən müddət ərzində Müştəri, Bankın VEB-saytında göstərilən əlaqələrdən istifadə etməklə, Bankın Ofertaya təqdim etdiyi dəyişikliklər və/və ya əlavələr üzrə özünün motivləndirilmiş imtinasını göndərə bilər.
6.1. Müştəri, onun tərəfindən Unibank Mobile mobil əlavəsində qeydiyyatdan keçən zaman daxil edilmiş, Bank tərəfindən Müştəriyə, bu Oferta ilə nəzərdə tutulmuş (o cümlədən, “Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”nın rekvizitlərinin, «Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”ndan istifadə edilməklə həyata keçirilmiş hesablaşmalar haqqında bildirişlərin, Kartın möhkəmləndirilməsi zərurəti haqqında bildirişlər və s.-nin daxil edildiyi) SMS-lərin göndərilməsi üçün istifadə edilən Abonent nömrəsinin düzgünlüyü üçün məsuliyyət daşıyır.
6.2. Müştəri tərəfindən daxil edilən Abonent nömrəsinin düzgün olmadığı halda Bank, Müştəri tərəfindən «Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”nın rekvizitlərinin, habelə bu Oferta ilə nəzərdə tutulmuş digər məlumatların və bildirişlərin alınmaması üçün məsuliyyət daşımır.
6.3. Müştəri, “Unibank Kommersiya Bankı ASC”-nin Virtual kartı”nın, FİN-kodun, habelə Bank tərəfindən Müştəriyə, bu Müqavilə üzrə xidmətlərin lazımi qaydada göstərilməsi üçün ötürülən istənilən parolların/kodların (bundan sonra – “autentifikasiya məlumatının”) rekvizitlərinin məxfiliyi üçün məsuliyyət daşıyır. Bank, autentifikasiya məlumatının rekvizitlərinin açıqlanması halında, bu kimi məlumatın Bank tərəfindən açıqlanmasının sübuta yetirilmiş faktı mövcud olmadıqda, məsuliyyət daşımır.
6.4. Bank, Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi və/və ya lazımi qaydada icra edilməməsi üçün, əgər bu cür yerinə yetirilməmək və/və ya lazımi qaydada icra edilməmək Müştərinin və/və ya hesablaşmaların digər İştirakçılarının günahı üzündən baş vermişdirsə, məsuliyyət daşımır.
6.5. Bank, Müştərinin bu Ofertanın şərtləri ilə və/və ya Bank tərəfindən Müqaviləyə, bu Ofertada nəzərdə tutulmuş qaydada yerinə yetirilmiş dəyişikliklərlə və əlavələrlə tanış olmaması və/və ya vaxtında tanış olmaması ilə bağlı meydana çıxan istənilən itki üçün məsuliyyət daşımır.
7.1. Qaydalara əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan hesabatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən təyin olunmuş müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Vergilər Nazirliyi) müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.
7.2. Xarici dövlətlərin fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsinə əsasən hesabat verən maliyyə institutu fiziki və hüquqi şəxslərin hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədi ilə müştəridən zəruri olan özünüqiymətləndirmə sənədi və formaları tələb edilir.
7.3. Hesab açmaq üçün müraciət etmiş müştəri tərəfindən formalarından müvafiq olanı təqdim edilmədikdə Bank tərəfindən hesabın açılmasından imtina oluna bilər.
8.1. Ani Ödənişlər Sistemi – 24/7/365 formada işləyən Mərkəzi Bankın təqdim etdiyi sürətli ödənişlər və pul köçürmə sistemi (sonrada AÖS)
8.2. AÖS-a Unibank Mobile vasitəsilə qeydiyyat prosesi
Müştəri:
• Unibankda hesabı və ya aktiv bank məhsulu olan müştəri Unibank Mobile-a daxil olur;
• Əsas menyuda aşağıda Digər bölməsini seçir və IPS bölməsinə daxil olur;
• Açılan səhifədə “Ani Ödənişlər Sistemi xidmətlərinə dair Qaydalar və Şərtlər” linkinə daxil olaraq tanış olur. (bu qaydalar nəzərdə tutulur);
• Sonra “Razıyam” düyməsini sıxır.
• Birdəfəlik şifrəni (OTP) daxil edir və “Təsdiq etmək” düyməsini sıxır;
• Uğurlu qeydiyyat barədə “Təbrik edirik! Qeydiyyatdan uğurla keçdiniz!” ekrana bildiriş çıxır;
• Hazırdır - Ani Ödəniş Sistemi xidmətlərindən yararlanmaq mümkündür.
8.4. Alias - müştəri tərəfindən yaradılan identifikasiya vasitəsidir(ləgəb). FİN ilə də yaradılılr, lakin bu qaydaları qəbul etdikdən sonra avtomatlaşdırılmış formada yaranır. Müştəri ona məxsus hesabları bu aliasın tərkibinə daxil edir. Bir və ya bir necə hesab əlavə edə bilər. yalnız bir hesab bərkidilmiş (seçilmiş) etmək imkanı var. lakin bu məcburi xarakter daşımır.
8.4.1. Aliasın növləri:
1. FIN-kod ilə (default olaraq) - silinə, hide/unhide və dəyişdirilməyən, yalnız hesabları əlavə edə və silmək olar.
2. Mobil nömrə ilə - silinə, hide/unhide, başqa bir nömrəyə dəyişdirilə bilər və əlavə edilmiş hesabları silmək və ya yeni hesab əlavə etmək olar.
3. Elektron poçtla - silmək, hide/unhide, başqa bir nömrəyə dəyişdirmək və əlavə edilmiş hesabları silmək və ya yeni hesab əlavə etmək olar.
8.5. AÖS imkanları
8.5.1. Hesab üzrə ayarlar
Bu bölmədə müştəri AÖS-ə qoşulu olan bütün hesablarını görür. Bundan əlavə, müştəri müvafiq hesabları haqqında məlumat əldə edə bilər, eyni zamanda Alias üzrə hesablar hissəsində hesab əlavə edə bilər
8.5.2. Alias-lar üzrə ayarlar
Bu bölmədə müştəri bütün Alias-larının siyahısını görür. Bununla bərabər, müştəri müvafiq aliasları haqqında məlumat əldə edə bilər və bu bölmədə yeni alias yarada bilər.
8.6. Ani Ödəniş Sistemi vasitəsilə əməliyyatların aparılması:
8.6.1. QR kod ilə ödənişlər;
• Müştəri Mobil Bankda QR kod bölməsinə daxil olur;
• Müvafiq partnyorun təqdim etdiyi QR kodu oxudur;
• Açılan səhifədə partnyor haqqında məlumat,ödəyəcəyi məbləğ görsənir və müştəri məbləğ silinəcəyi vasitəni seçir
• Təsdiq səhifəsində müştəri ödənişi təsdiqləyir və əməliyyat bitir.
8.6.2. Ödəniş kartları
• Kart hesabından çıxarış
• Kartın balansı haqqında məlumat
• Kartdan karta pul köçürmə
• Kartdan cari hesaba pul köçürmə
• Online ödənişlər
8.6.3.Cari hesablar
• Balans haqqında məlumat
• Hesabdan çıxarış
• Hesabdan digər hesablara köçürmələr
8.6.4.Əmanətlər
• Əmanətlər haqda məlumat
8.6.5.Kreditlər
• Kreditlər, kredit borcu haqda məlumat
8.7.İstifadəçinin öhdəlikləri və məsuliyyəti:
a. Mobil telefonun, SİM-kartın və ya mobil cihazın itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək.
b. İstifadəçi buraxılış məlumatını (şifrə) itirdiyi, oğurlandığı və ya unutduğu halda, xidmət göstərən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edir. Müraciət olunduqdan sonra məlumatlar yoxlanılır və köhnə məlumatlar silinərək yenisi ilə əvəz olunur.
c. İstifadəçi buraxılış məlumatını (şifrə) və ya kod sözünü itirdiyi, oğurlandığı, unutduğu halda və istifadəçi tərəfindən yenilənməsi mümkün olmadığı halda, xidmət göstərən filialına şəxsiyyət vəsiqəsi ilə dərhal müraciət edir. Müraciət olunduqdan sonra məlumatlar yoxlanılır və məlumatların verilməsi üzrə sorğu verilərək yenilənir;
d. Rəqəmsal Bankçılıq əlavələrinin işləməsi üçün İstifadəçi İnternet şəbəkəsinə qoşulmasına görə məsuliyyət daşıyır;
e. İstifadəçi tərəfindən proqram təminatının düzgün quraşdırılmamasından əmələ gələn problemlərə görə məsuliyyəti İstifadəçi daşıyır;
f. Bank İstifadəçi tərəfindən məlumatların ötürülməsi zamanı baş verə biləcək mənfi hallara görə heç bir məsuliyyət daşımır və İstifadəçi ilə onun İnternet-provayderi arasında olan mübahisələrdə iştirak etmir;
g. İstifadəçi Rəqəmsal Bankçılıq sistemi vasitəsilə hayata keçirilən elektron əməliyyatların mövcud qanunvericiliyə uyğun tərtib edilməsinə, onların buraxılış məlumatlarını istifadə etməklə təsdiq edilməsinə, habelə İstifadəçi tərəfindən Rəqəmsal Bankçılığa sisteminə daxil edilən məlumatların dürüstlüyünə və tamlığına görə məsuliyyət daşıyır, bununla bağlı yarana biləcək bütün risklərə və İstifadəçiyə dəymiş zərərə görə məsuliyyəti tam olaraq İstifadəçi daşıyır;
h. Mobil telefon SİM-kartın və/və ya mobil cihazın giriş şifrəsinin itirilməsi, o cümlədən oğurlanması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır;
i. Bankın İstifadəçinin hər hansı bir hesabını/hesablarını və ya hesab növünü/növlərini Rəqəmsal Bankçılıq xidmətinə qoşmaqdan, habelə İstifadəçiyə Rəqəmsal Bankçılıq vasitəsilə hər hansı bir əməliyyat növünü aparmaqdan imtina edə bilmək hüququnu İstifadəçi qəbul edir.
j. Qaydalara və Rəqəmsal Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Yenilənmiş Qaydalar Rəqəmsal bankçılıqda yerləşdirdiyi gün İstifadəçi tərəfindən onları qəbul edildiyi gün sayılır.
8.8. Sorğu və etirazların verilməsi və onlara baxılma qaydası:
Müştəri qeydiyyat zamanı və ya qeydiyyatdan keçdikdən sonra yaranmış hər hansı anlaşılmazlıq zamanı Bankın məlumat mərkəzinə müraciət edərək müvafiq sorğu və ya etirazını bildirə bilər;
8.9. Elektron sənədlərin hüquqi qüvvəsi:
a. Bu Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir;
b. Sənədlər qanunda nəzərdə tutulmuş qaydada (Elektron imza haqqında qanun) təsdiq olunarkən, bu sənədlər kağız daşıyıcıda olan istifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Onlar arasında ziddiyyət olduqda kağızda olan məlumat əsas götürülür;
c. İstifadəçinin Rəqəmsal Bankçılıq sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatlara dair Banka daxil olan elektron sifariş və tapşırıqlar Bank üçün İstifadəçinin hesabları üzrə əməliyyatların keçirilməsi üçün əsas təşkil edir;
d. Bu Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar və Rəqəmsal Bankçılıq vasitəsilə təsdiq edilmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübüt təşkil edir.
Bu qaydaları təsdiq və qəbul etməklə, müştəri, ona məxsus və onun özü tərəfindən yaradılmış, Aliasa daxil edilmiş bütün şəxsi və bank sirri təşkil edən məlumatların açıqlanmasına razılıq vermiş hesab olunur.
"}}