İnternet-Bank sistemi Sizə öz hesablarınızı, mövcud olan hesablar və onların cari qalıqları haqqında məlumatı təqdim edən vahid ekran vasitəsilə, idarə etmək imkanı verir.
İnternet-Bank sistemi çərçivəsində aşağıdakılar üzrə əməliyyatların həyata keçirilməsi mümkündür:
- vəsaitin bir valyutadan digərinə çevrilməsi;
- vəsaitin, Unibank-ın filiallarından hər hansı birində, müştərinin bir hesabından digər hesabına köçürülməsi;
- vəsaitin, Unibank-ın filiallarından hər hansı birində, digər müştərinin hesabına köçürülməsi;
- vəsaitin ölkə daxilində milli valyitada banklararası köçürülməsi;
- müştərinin xarici valyutada açılmış hesablarından vəsaitin ölkə daxilində və ya xaricə köçürülməsi.